Bakıda motosiklet qəzası ana və oğulun həyatına son qoydu
Bakının Sabunçu rayonunda motosikletlə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb.
Crossmedia.az xəbər verir ki, qəza zamanı motosikleti idarə edən 36 yaşlı Emin Əsgərov və onun sərnişini olan 68 yaşlı anası Xuraman Əsgərova həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
18:59 14.09.2026
Oxunuş sayı: 58