Bu gün "Zirə" "Qarabağ"la üz-üzə gələcək
Bu gün Misli Premyer Liqasının V turunda "Zirə" "Qarabağ"la üz-üzə gələcək.
Crossmedia.az xəbər verir ki, ötən tur "Sabah"a böyük hesabla uduzan "qartallar" Ağdam təmsilçisi ilə görüşdə uğurlu nəticə qazanmağa çalışacaqlar.
Cari mövsam Premyer Liqada məğlub olmayan "köhlən atlar" isə bu seriyanın davamını gətirməyi düşünür.
Zirə İdman Kompleksinin stadionununda baş tutacaq "Zirə" - "Qarabağ" dueli saat 19:00-da başlayacaq.
Günün digər görüşündə isə bu mövsüm qələbəyə həsrət olan "Araz-Naxçıvan" "Turan Tovuz"ıa qarşılaşacaq.
Şamaxı şəhər stadionundakı oyun saat 16:30-da start götürəcək.
Bu gün meydana çıxacaq komandalardan "Qaranağ" 9 xalla turnir cədvəlinin üçüncü sırasında yer alıb. Eyni xala malik "Zirə" dördüncü, 7 xalı olan "Turan Tovuz" isə beşincidir. "Araz-Naxçıvan" isə 1 xalla sonuncu - 12-ci sırada qərarlaşıb.
09:39 13.09.2026
Oxunuş sayı: 42