Azərbaycan-İran münasibətlərində “İstisu” ənənəsi: Bu dəfə Kəlbəcərdə
Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki "İstisu" zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.
Crossmedia.az-ın məlumatına görə, diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki "İstisu" zavoduna ziyarəti zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənənin davamı olaraq "İstisu" məhsulundan içiblər.
H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar:
"Başqa sözlə desək, bu ənənə ilə biz də qərara gəldik ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "İstisu" içək. Qardaş İran xalqına da "İstisu" suyunun çatdırılması yolunu birlikdə fikirləşəcəyik, əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər".

16:30 12.09.2026
Oxunuş sayı: 47