PUA qalıqları mağazada yanğına səbəb oldu
Rostov vilayətinin Taqanroq şəhərində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində mağazada yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Taqanroq şəhərinin rəhbəri Svetlana Kambulova bu barədə məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə operativ xidmətlər cəlb edilib və yanğının söndürülməsi həyata keçirilib.
Kambulovanın sözlərinə görə, hava hücumunun nəticələrinin aradan qaldırılması ilə bağlı fövqəladə hallar komissiyasının növbədənkənar iclası keçirilib. Xidmət rəhbərləri görülən işlər barədə məruzə ediblər.
Qeyd edək ki, bundan əvvəl Rostov vilayətinin Ukrayna PUA-ları tərəfindən kütləvi hücuma məruz qaldığı bildirilib.
11:23 12.09.2026
Oxunuş sayı: 47