İmişlidə erkən nigahın qarşısı alındı
İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Crossmedia.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə bununla bağlı məlumat daxil olub.
Araşdırma zamanı toy mərasiminin oktyabr-noyabr aylarında keçirilməsinin planlaşdırıldığı müəyyən edilib. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində məclisin keçirilməsinin qarşısı alınıb.
Tərəflərin valideynləri İmişli Rayon Polis Şöbəsinə dəvət olunublar. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.
17:28 10.09.2026
Oxunuş sayı: 38