Qazaxıstan 8 ay ərzində BTC ilə neft tədarükünü 12 % artırıb
Bu ilin yanvar-avqust aylarında Aktau limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1,034 milyon ton Qazaxıstan nefti tranzit edilib.
Crossmedia.az Qazaxıstanın "KazTransOyl" şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 12 % çoxdur.
"KazTransOyl" 2026-cı ilin 8 ayı ərzində ümumilikdə magistral neft kəmərləri sistemi üzrə neftin nəqli həcmini 4 % artıraraq 30,6 milyon tona çatdırıb.
Ötən il Qazaxıstan BTC neft kəməri vasitəsilə 1,2 milyon ton neft ixrac edib.
09:20 09.09.2026
Oxunuş sayı: 43