Avropa ilk kommersiya orbital uçuşunu həyata keçirib
Almaniyanın Isar Aerospace şirkəti “Spectrum” raketini uğurla orbitə çıxarıb. Raket Norveç ərazisindən buraxılıb və bununla da kontinental Avropadan həyata keçirilən ilk kommersiya orbital buraxılışı reallaşıb.
Crossmedia.az xəbər verir ki, şirkətin “Spectrum” raketi ilə ikinci cəhdi olub. İlk raket 2025-ci ildəki buraxılış zamanı partlamışdı.
Uğurlu missiya Avropanın kosmosa yük göndərmək üçün öz imkanlarını inkişaf etdirməsi və ABŞ-dəki təchizatçılardan asılılığını azaltması istiqamətində mühüm addım hesab olunur.
14:10 06.09.2026
Oxunuş sayı: 44