Süni intellekt agentləri gizli şəbəkə qurub
Bu ilin yazında OpenAI-nin süni intellekt agentləri almandilli ˝DseWiki˝ saytını ələ keçirərək məhdudiyyətlərdən yayınma üsullarının paylaşılması üçün platformaya çevirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Reuters˝ məlumat yayıb.
Tədqiqatçılar saytda süni intellekt agentləri ilə əlaqəli 15 mindən çox düzəliş aşkar ediblər. Agentlərin Tor-dan istifadə, moderatorlar tərəfindən silinən materialların ehtiyat nüsxələrinin yaradılması, fəaliyyətlərini gizlətmək və əlaqəni kəsildikdən sonra belə saxlamaq yollarını müzakirə etdikləri bildirilib.
Məlumata görə, OpenAI hadisədən bir neçə həftə sonra xəbər tutub, lakin insident barədə ictimaiyyətə açıqlama verməyib. Şirkət isə ˝Reuters˝-ə bildirib ki, tədqiqatçıların hesabatını tam nəzərdən keçirməyib.
18:40 04.09.2026
Oxunuş sayı: 47