San Antonioda güclü fırtına: minlərlə evə ziyan dəyib
ABŞ-nin San Antonio şəhərində baş verən güclü fırtına elektrik enerjisinin verilişində genişmiqyaslı fasilələrə və evlərə ziyan dəyməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, “Times of India” bu barədə məlumat yayıb.
Məlumata görə, cümə günü gecə şəhərdə güclü külək, leysan yağış, ildırım və daşqın baş verib. Küləyin sürəti saatda 50-65 milə çatıb. Fırtına zamanı ağaclar və elektrik dirəkləri aşıb, bir sıra evlərin damlarına ziyan dəyib. Elektrik enerjisiz qalan abonentlərin sayı 112 mini ötüb.
Şənbə günü sakinlər fırtınanın fəsadlarını aradan qaldırmağa başlayıblar. Təcili xidmətlər isə zədələnmiş ərazilərdə bərpa işləri aparıb.
16:03 31.08.2026
Oxunuş sayı: 47