Ukraynanın üç əsas limanında hərəkət dayanıb
Ukraynanın Qara dəniz sahilində yerləşən ən böyük üç limanında – Odessa, Çornomorsk və Yujnıda bir aydan artıqdır gəmi hərəkəti faktiki olaraq dayanıb.
Crossmedia.az xəbər verir ki, “Le Monde” qəzetinin yazdığına görə, buna Rusiya tərəfindən həyata keçirilən hücumların intensivləşməsi səbəb olub.
Nəşr qeyd edir ki, bu limanlardan həyata keçirilən ixrac Ukraynanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Limanların fəaliyyətinin pozulması ölkənin xüsusilə hərbi iqtisadiyyatına ciddi təsir göstərir.
“Le Monde”un məlumatına görə, blokada Ukrayna üçün məhsul yığımının ən intensiv dövrünə təsadüf edib. Normal şəraitdə üç liman ayda təxminən 6 milyon ton yük ixrac edir. Bunun 60 faizini kənd təsərrüfatı məhsulları, 40 faizini isə ciddi zərər görən sənaye məhsulları təşkil edir.
19:13 28.08.2026
Oxunuş sayı: 42