Tramp: Hörmüz boğazı açıqdır
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda açıq olduğunu bildirib və İranın yenidən zərbələrə məruz qalmaq istəmədiyi üçün təmkinli davrandığını deyib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Tramp müsahibəsində İranın mövqeyini şərh edərək bildirib ki, Tehran təkrar zərbələrin qarşısını almağa çalışır və digər məsələləri əhəmiyyətsiz hesab edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper isə daha əvvəl Hörmüz boğazının İran tərəfindən yerləşdirilmiş dəniz minalarından təmizləndiyini açıqlayıb. O, bunu “mühüm mərhələ” adlandırıb.
16:10 28.08.2026
Oxunuş sayı: 47