Hörmüz boğazından neft ixracı bərpa olunur
Fars körfəzi üzərindən neft ixracı müharibədən əvvəlki səviyyənin üçdə ikisinə çataraq sutkada təxminən 15–16 milyon barelə yüksəlib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə “Goldman Sachs” analitiklərinə istinadən məlumat yayıb.
Analitiklərin sözlərinə görə, Hörmüz boğazından keçən tanker və digər neft daşıyıcılarının sayının artması ixracın bərpasına imkan verib.
Bununla belə, neft ixracının tam bərpası üçün boğazdan gündəlik daşımaların daha 6–8 milyon barel artması tələb olunur.
15:57 28.08.2026
Oxunuş sayı: 46