ABŞ Hörmüz boğazını İran minalarından təmizləyib
ABŞ hərbçiləri Hörmüz boğazında beynəlxalq gəmiçilik marşrutlarını İranın dəniz minalarından təmizləyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper bildirib ki, beynəlxalq səviyyədə tanınan tranzit marşrutları İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə ay əvvəl yerləşdirdiyi minalardan təmizlənib
Kuper amerikalı hərbçilərin həyata keçirdiyi əməliyyat nəticəsində Hörmüz boğazında beynəlxalq gəmiçilik üçün nəzərdə tutulan əsas marşrutların təhlükəsiz vəziyyətə gətirildiyini bildirib.
11:11 28.08.2026
Oxunuş sayı: 55