Ukraynanın ordusuna maaşlarını ödəməyə vəsaiti çatmır
Ukrayna Ali Radasının deputatı Vasili Mokan bildirib ki, hazırda hərbçilərə mövcud maaşların ilin sonuna qədər ödənilməsi üçün belə kifayət qədər vəsait yoxdur.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Onun sözlərinə görə, hökumət təhlükəsizlik və müdafiə sektorunun əlavə maliyyələşdirilməsi üçün 1 trilyon qrivnadan çox vəsait tələb edib.
Mokan, həmçinin bir çox hərbi hissədən maaş artımının baş vermədiyi barədə məlumat aldığını bildirib.
23:19 26.08.2026
Oxunuş sayı: 58