Meta 1,4 trilyon dollarlıq cərimədən yayınmağa çalışır
Meta uşaqlara zərər vurmaqda ittiham edildiyi məhkəmə işi üzrə razılaşma əldə etməyə çalışır. Şirkət bununla potensial olaraq 1,4 trilyon dollara çata biləcək cərimədən yayınmaq istəyir.
Crossmedia.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, şirkət azyaşlıların şəxsi məlumatlarını qanunsuz toplamaqda, həmçinin sosial media platformalarında istifadəçilərdə asılılıq yarada biləcək mexanizmlərdən istifadə etməkdə ittiham olunur.
İddialara əsasən, söhbət xüsusilə uşaqların sosial şəbəkələrdən istifadəsinə təsir edən və onları platformalarda daha uzun müddət saxlamağa yönəlmiş alqoritm və funksiyalardan gedir.
Meta məhkəmə prosesini razılaşma yolu ilə yekunlaşdırmağa çalışır. Şirkət iş üzrə məğlub olacağı təqdirdə isə təxminən 1,4 trilyon dollarlıq rekord cərimə ilə üzləşə bilər.
Bu məbləğin Meta-nın hazırkı bazar dəyərinə yaxın olduğu bildirilir.
00:28 27.08.2026
Oxunuş sayı: 47