Hörmüz boğazı yaxınlığında daha bir neft tankeri vurulub
ABŞ ilə İran arasında iqtisadi qarşıdurmanın fonunda Hörmüz boğazı yaxınlığında daha bir neft tankeri gecə saatlarında hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə ABŞ və İranın bir-birinə iqtisadi təzyiqi artırdığı bir vaxtda baş verib.
ABŞ maliyyə naziri Skott Bessent bu həftə Prezident Donald Trampın İrana qarşı təzyiq kampaniyası çərçivəsində sərt ritorikanı gücləndirib. O, Tehranla biznes əlaqələri saxlayan ölkələrə qarşı tədbirlərin sərtləşdiriləcəyini bildirib.
İran isə ABŞ geri addım atmadığı təqdirdə Amerika maraqlarına zərbə endirməklə və Fars körfəzindən enerji axınlarını daha da məhdudlaşdırmaqla cavab verə biləcəyini bəyan edib.
17:13 25.08.2026
Oxunuş sayı: 42