İranın milli valyutası kəskin şəkildə ucuzlaşıb
İranın milli valyutası rialın məzənnəsində kəskin ucuzlaşma davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dollar qarşısında məzənnə 2 milyon rial həddini keçib.
Həftəsonu İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Himməti bildirib ki, ölkənin neft gəlirlərinin, vergi daxilolmalarının və sosial təminat sisteminə ödənişlərin eyni vaxtda azalması iqtisadiyyatın bütün sahələrinə təsir edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə rialın ucuzlaşmasına istehzalı şəkildə münasibət bildirərək 3 milyon – biz sənə doğru gəlirik! yazıb.
23:32 24.08.2026
Oxunuş sayı: 52