İran ABŞ-lə yeni müharibəyə hazırlaşır
İran İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, Tehran ABŞ-nin mümkün iqtisadi müharibəsinə cavab verməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
SEPAH nümayəndəsi Möhebbinin sözlərinə görə, İran belə bir müharibənin mənfi nəticələrini aradan qaldırmağa və müxtəlif ölkələrlə iqtisadi əlaqələr qurmağa imkan verən ssenariyə malikdir.
O, ABŞ Prezidenti Donald Trampın İrana qarşı iqtisadi əməliyyata başlanması ilə bağlı açıqlamalarının Vaşinqtonun hərbi qarşıdurmada məğlubiyyətini etiraf etdiyini göstərdiyini iddia edib.
22:04 23.08.2026
Oxunuş sayı: 59