Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Azərbaycan və Özbəkistanın qarşılıqlı ticarət həcmi son beş ildə 3 dəfə artıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və özbəkistanlı həmkarı Şavkat Mirziyoyev məhdud tərkibdə görüş və Ali Dövlətlərarası Şuranın üçüncü iclası zamanı Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələlərini nəzərdən keçiriblər.
İki ölkənin prezidentləri ikitərəfli əlaqələrin dinamik inkişafını, parlamentlər, hökumətlər və digər qurumlar arasında sıx təmasları qeyd ediblər.
Ticarət dövriyyəsi həcminin 1 milyard dollara çatdırılması imkanları qeyd olunub. Bu mühüm hədəfə nail olmaq üzrə konkret tədbirləri özündə əks etdirən və qəbul edilən Proqram buna əsas olacaq.
Son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb, energetika, kimya, mədənçıxarma, tekstil sahələrində, kənd təsərrüfatı, şəhərsalma və digər istiqamətlərdə kooperasiya layihələri həyata keçirilir. (report)
19:09 23.08.2026
Oxunuş sayı: 47