Əraqçi Trampa meydan oxudu- ABŞ yeni məğlubiyyətlərlə üzləşəcək
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi "iqtisadi çöküş" siyasətini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, Abbas Əraqçi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Əraqçi bildirib ki, ABŞ-nin "iqtisadi çöküş" adlandırdığı kampaniya ölkənin öz problemlərindən, o cümlədən görünməmiş dövlət borcu və artan faiz xərclərindən diqqəti yayındırmaq cəhdidir.
Onun sözlərinə görə, səmərəsiz siyasətin daha da gücləndirilməsi ABŞ üçün yeni məğlubiyyətlərə və iranlılar arasında düşmənçiliyin artmasına səbəb olacaq.
İranlı nazir ABŞ-nin həyata keçirdiyi iqtisadi təzyiqi “iqtisadi terror” adlandırıb və bunun dünya iqtisadiyyatına və qlobal suverenliyə təhlükə yaratdığını bildirib.
12:24 20.08.2026
Oxunuş sayı: 56