Gürcüstan Aİ-nin Rusiya ilə bağlı təzyiqlərinə etiraz etdi
Gürcüstan Avropa İttifaqının Rusiyaya qarşı “ikinci cəbhə” açmaqdan imtina ilə bağlı iradlarını qəbul etmək istəmir.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze bildirib ki, Gürcüstanla münasibətlər həqiqət və ədalət prinsiplərinə əsaslanmalıdır.
Onun sözlərinə görə, heç kəs Gürcüstana yuxarıdan aşağı baxmamalı və ölkənin Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmamasından narazılıq ifadə etməməlidir.
Kaladze qeyd edib ki, Gürcüstan bununla yanaşı, öz iqtisadiyyatına zərər vurmayıb və Rusiyaya qarşı “ikinci cəbhə” açılması ilə bağlı təhdidləri nəzərə almayıb.
“Biz yalnız dostluq və tərəfdaşlıq münasibətləri istəyirik”, - deyə Kaladze bildirib.
18:25 05.10.2026
Oxunuş sayı: 52