CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Zelenskin

22:32 11.10.2026

Tramp Zelenskinin getməsini istəyir, Avropadan isə fərqli mesaj gəlir

88

Böyük Britaniya, Almaniya və Polşa ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsinin vacibliyi barədə açıqlamasından sonra Prezident Volodimir Zelenskiyə dəstəklərini bir daha ifadə ediblər. Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” və “The Guardian” məlumat yayıb. Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukraynanın və onun prezidentinin Rusiya təcavüzünə qarşı mübarizədə iradəsini heç kim qıra bilməz. O, Varşavanın və Avropanın Kiyevlə həmrəyliyini davam etdirəcəyini vurğulayıb. Almaniyanın xarici işlər naziri Yohann Vadeful da Zelenskiyə dəstəyini təsdiqləyərək Rusiyanın sülh danışıqlarına qaytarılması üçün Moskvaya təzyiqlərin artırılmasına çağırıb. Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq isə Ukraynaya kimin rəhbərlik edəcəyinə yalnız ukraynalıların qərar verməli olduğunu bildirib. O, Londonun əsas məqsədinin Kiyev və Vaşinqton arasında münasibətlərin yaxşılaşdırılması olduğunu qeyd edib. Xatırladaq ki, Tramp oktyabrın 10-da Ukraynanın yeni prezidentə ehtiyacı olduğunu bəyan edib. ABŞ lideri Ukraynanın Rusiya neft obyektlərinə zərbələrini də tənqid edib. Zelenski isə Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları dayandıracağı təqdirdə, Kiyevin də Rusiya neft emalı zavodlarına zərbələri dayandırmağa hazır olduğunu açıqlayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR