İqtisadiyyat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə görüş keçirilib.

Crossmedia.az xəbər verir ki, Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərdə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

İşğaldan azad olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə aktiv məşğulluq proqramlarının icrası sahəsində görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il