“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün “Bir uşaq - bir gələcək” layihəsinə start verilib.
Crossmedia.az xəbər verir ki, layihə çərçivəsində ölkə üzrə özəl məktəblərin 1-11-ci sinfində təhsil alan şəhid övladlarına ödənişsiz təhsil imkanları ilə bağlı tədbirlər həyata keçiriləcək. Bu çərçivədə müxtəlif şirkətlər və fiziki şəxslər tərəfindən ilkin mərhələdə 12 şəhid övladının təhsilinə dəstək göstərilib.
Belə ki, özəl müəssisələrdən biri hər il üçün 31 min 240 AZN ayrılmaqla beş şəhid övladının məktəbi bitirənə qədər olan təhsil haqqı, digər özəl müəssisə tərəfindən 32 min 180 AZN ayrılmaqla 5 şagirdin bir illik təhsil haqqı, başqa bir şirkət tərəfindən isə hər il üçün 6 min 360 AZN ayrılmaqla 1 şagirdin məktəbi bitirənə qədər olan təhsil haqqı qarşılanacaq.
“Qələbəni bizə yaşadanları birgə yaşadaq!
Şəhidlərimizin yadigarlarına dəstək üçün hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edirik”, - deyə “YAŞAT” Fondunun ictimaiyyətə müraciətində bildirilib.