Bəzi mağazalarda məhsul qiymətləri tam rəqəm əvəzinə bir neçə qəpik az göstərilir, məsələn, 70 manat əvəzinə 69 manat 90 qəpik.
Bəs bu cür qiymət siyasəti nəyə əsaslanır?
Mövzu ilə bağlı satış üzrə mütəxəssis Elvin Qarayev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, əslində mən buna deyərdim ki, bu tərtəmiz bir marketinq strategiyasıdır:
"Bu bir marketinq strategiyasıdır. Əvvəla marketinqin nə olduğunu bilməliyik. Bu anlayışın, ümumiyyətlə, konkret bir tərifi yoxdur. Marketinqə insanlar cürbəcür təriflər veriblər. Ən məşhur təriflərindən biri marketinq insanların duyğularına və qərar vermələrinə təsir edən bir metodlardır. Yəni satış etmə qərarlarına, satış etmə duyğularına xitab edən metodlardır. Marketinq duyğulara xitab etmə prosesinin adıdır.
İndi burada strategiya nədir? O qiymət nəyə görə 70 manat yox, 69 manat 90 qəpikdir?
Bu bir strategiyadır. Psixologiyaya təsir edən bir strategiyadır buda nəyə əsaslanır? Deməli, insan şüuru rəqəmləri sol tərəfdən oxumağa meyillidir. Məsəl üçün 69 manat 90 qəpiyi insan zehni soldan oxuyur, yəni birinci 69-u oxuyur, ondan sonra 99 qəpiyə göz nəzər eləyir. Yəni ki, soldakı böyük gözə girən rəqəm hansıdırsa, beyin onu qəbul edir".
İkinci səbəb yenə də psixologiya ilə bağlıdır. Yəni beyin 69 rəqəmini 70-ə yox, 60-a yaxın olan bir rəqəm kimi bunu qəbul edir".
Ekspertin sözlərinə görə, psixologiyaya bağlı üçüncü bir məsələ də var.
"Məsələn, hər hansı bir məhsulun qiyməti 70 manat yox, 68 manat 90 qəpikdir. Bu bir tərəfdən də psixoloji təsir göstərir ki, sanki qiyməti müəyyən etməzdən əvvəl araşdırma aparıblar, real qiyməti ortaya qoyublar: rəqəmi qəpiyinə kimi hesablayıblar.Müştəri dili ilə deməsə də, bunu şüuraltı belə qəbul edir. Beləliklə sadaladığım məsələlərə görə qiymətlər konkret yox, elə qəpik formasında qoyulur".
Elnurə Kərimova