Cənubi Qafqaz

Bu gün Gürcüstanda parlament hökuməti təsdiq etdi. Bildiyimiz kimi, Gürcüstanda keçirilən seçkilər olduqca qarışıq keçmişdi və etirazlara səbəb olmuşdu. Avropa Parlamenti də Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə 444 deputat lehinə, 72 deputat isə əleyhinə səs verib. Qətnamədə Gürcüstanın bəzi rəsmi şəxslərinə qarşı sanksiyaların tətbiqi tələb edilir.

Bəs Gürcüstanda bundan sonra vəziyyət necə olacaq? Müxalifət hansı addımları atacaq, yaxud aksiyalar keçirəcəkmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib:
"Gözlənildiyi kimi, Gürcüstanda keçirilən seçkilərin nəticələri təsdiq olundu. Artıq parlament hökuməti təsdiq etdi və növbəti mərhələdə Gürcüstanda prezident seçkiləri olacaq. Müxalifətin cəhdləri uğursuz oldu. Ümumiyyətlə, müxalifətlə seçilən partiya arasında seçkilərdən əvvəl də fikir ayrılıqları var idi. Müxalifətin lideri yox idi və parçalanaraq seçkiyə getdi. Onlar bunu bir növ taktika hesab edirdilər. Göründüyü kimi, məğlub oldular. Müxalifət parlamenti boykot edir, amma nə qədər boykot etsə də, artıq parlament öz işinə başlayıb. Müxalifətin aksiyaları heç bir nəticə verməyəcək, çünki Qərbdən dəstək yoxdur, vahid lider mövcud deyil. Amma bu, o demək deyil ki, hökumət çox güclüdür. Hökumətin regionlarda dayaqları zəifdir. Amma düşünürəm ki, müxalifətin keçirəcəyi mitinqlər hakimiyyət üçün bir təhlükə ifadə etməyəcək".

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il