Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3 milyard 15 milyon 538 min ABŞ dolları təşkil edib.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 441 milyon 237 min ABŞ dolları (17,14%) çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,66%- i həcmində olub.
10 ayda Azərbaycan Çinə 14 milyon 328 min ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,5% azdır. Bu dövrdə Azərbaycanın ümumi məhsul ixracının 0,25%-i Çinin payına düşüb.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan Çindən məhsul idxalını illik müqayisədə 20,01% artıraraq, 3 milyard 1 milyon 209 ABŞ dollarına çatdırıb. Dövr ərzində Çin ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 17,64%-ni təşkil edib.