Texnologiya

“Xiaomi” geyilə bilən texnologiya bazarındakı fəaliyyətlərini davam etdirərək yeni bir ağıllı saat – “Redmi Watch 5”-i təqdim edib. 24 gün batareya ömrü ilə diqqət çəkən bu model, münasib qiymətləri ilə istifadəçiləri sevindirir.

“Redmi Watch 5” xüsusiyyətləri

Ekran:
Saat 2.07 düymlük AMOLED ekranla təchiz olunub, 432×514 piksel çözünürlük, 60 Hz yeniləmə tezliyi və 1500 nit parlaqlıq təqdim edir. Ekran 2 mm nazik çərçivəyə və 82% ekran-gövde nisbətinə malikdir.

Material:
Alüminium ərintisindən hazırlanmış korpus və paslanmayan poladdan fırlanan tacı ilə estetik görünüş yaradır.

Sağlamlıq funksiyaları:

24 saat ürək döyüntüsü izləmə
SpO₂ səviyyəsini ölçmə
Stress idarəsi və yuxu analizi
Daha dəqiq nəticələr üçün AFE çipi
İdman rejimləri:
150-dən çox idman rejimi, müstəqil GNSS izləmə sistemi və açıq hava fəaliyyətləri üçün dəqiq təqib xüsusiyyətləri.

Suya davamlılıq:
5 ATM suya davamlılıq – üzmə və su idmanlarına uyğun.

Əlavə funksiyalar:

NFC ilə ödəniş
Ağıllı avtomobil açarı funksiyası
Ağıllı ev idarəsi və çoxlu cihaz bağlantısı
Üçüncü tərəf tətbiq dəstəyi
eSIM versiyasında müstəqil zəng və mesajlaşma
Batareya ömrü:

Bluetooth modeli: 24 gün normal istifadə
eSIM modeli: 12 gün normal istifadə
Walkie-talkie rejimində 25 saat ardıcıl istifadə
Qiymət və aksesuarlar

Bluetooth versiyası: 82 dollar
eSIM versiyası: 110 dollar
Kona dəri maqnit qayışı: 23 dollar
“Redmi Watch 5” istifadəyə verdiyi geniş funksiyalar və uzun batareya ömrü ilə həm texnoloji, həm də praktik bir seçim kimi təqdim olunur.

Sevinc Abuşova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il