Dünya xəbərləri

Türkiyə milli müdafiə naziri Yaşar Gülərin ABŞ-nin Türkiyənin Rusiya istehsalı olan S-400 raketlərinə etirazı qalmadığı və F-35 döyüş təyyarələrini verə biləcəkləri ilə bağlı sözlərinə Vaşinqton cavab verib.

Crossmedia.az xəbər verir ki, “VOA Türkçe”nin məsələ ilə bağlı şərh sorğusuna cavab olaraq ABŞ Dövlət Departamenti siyasətlərində heç bir dəyişiklik olmadığını qeyd edib.

ABŞ Dövlət Departamenti yazılı açıqlamasında bildirib ki, F-35-lərin Türkiyəyə tədarükü üçün tələb olunan şərtlər hər kəsə məlumdur.

“F-35-lərin Türkiyəyə tədarükü üçün tələb olunan şərtlər hər kəsə məlumdur və siyasətimiz dəyişməyib. Türkiyənin NATO ilə davamlı əməkdaşlığı ABŞ-nin kritik prioriteti olaraq qalır”, - deyə açıqlamada qeyd olunub.

Nazirlik Türkiyənin F-35 alması və ya F-35 proqramına qayıtması ilə bağlı danışıqlar haqqında sualları cavabsız qoyub. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il