Texnologiya

Avstraliya parlamenti noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Crossmedia.az Modern.az-a istinadən xəbər verir ki, bu, dünyada ilk belə qanundur.

Qanun layihəsi sosial şəbəkələrdən istifadə edən uşaqların istifadəsini məhdudlaşdırmır, yeni qeydiyyatdan keçənlərin qadağan edir. Messencerlər, onlayn oyunlar, təhsil platformaları və digər oxşar resurslar qanunla əhatə olunmur.

Yeni normaya əməl olunmasına görə məsuliyyət sosial şəbəkə operatorlarının üzərinə düşür. 16 yaşından kiçik bir uşağın sosial şəbəkədə qeydiyyatdan keçməsinə icazə verdiyinə görə onları 50 milyon Avstraliya dollarına (32 milyon dollar) qədər cərimə gözləyir. Qanun bir ildən sonra, 2025-ci ilin sonunda tam qüvvəyə minəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il