Uşaqların təlim-tərbiyəsinə, dünyagörüşünün formalaşmasına, təxəyyüllərinin genişlənməsinə təsir edən faktorlardan biri də cizgi filmləridir. Bildiyimiz kimi, cizgi filmləri uşaqlar üçün hazırlanmış televiziya proqramlarıdır. Uşaqlar həyatı belə vasitələrlə öyrənirlər. Cizgi filmlərinin uşaqların inkişafına və psixologiyasına təsiri mövzusunda psixoloq Ezgi Şahin Crossmedia.az-a açıqlama verib.
Psixoloq cizgi filmlərinin uşaqların həyatlnda travma yarada bildiyini qeyd edib:
"Cizgi filmləri uşaqların psixologiyasına xüsusi təsir edir. Uşaqlar aqressiyanı, gərginliyi telefondan, televizordan alırlar. Sosiallaşma dərəcələri azaldığına görə telefonla və televizorla keçirdikləri müddət də bir o qədər artır. Dərslərə etinasız yanaşma da paralel şəkildə müşahidə olunur. Valideynlər artıq saat və cədvəl sistemi qoya bilmirlər, beləliklə uşaqlarda rejim də pozulur. Həmçinin bir çox qızlar gələcəkdə animasiyalarda gördüklərik "barbie"lərə oxşamaq istəyirlər. Böyüdükdən sonra bəzilərinin "barbie"-ə oxşamaq istəyi travma olaraq qalır. Onlar bu oxşarlığı əldə etmək üçün plastik əməliyyatlara müraciət edirlər. Oğlan uşaqlarında isə "spiderman" kimi cizgi filmlərdə olan güclü obrazlara bənzəmək istəyi formalaşır. Bədən quruluşunun belə olmağı üçün oğlanlar protein dərmanları, inyeksiyalar istifadə edirlər. Bunlar isə onların sağlamlığında fəsadlara səbəb ola bilir".
Zeynəb Mustafazadə