Naci Görür Kahramanmaraş zəlzələsindən sonra 6 fevralı işarə edib.
Crossmedia.az TGRT Haber'ə istinadla bildirir ki, Yer elmləri üzrə professor Naci Görür 28 noyabr səhəri Kahramanmaraşda baş verən 4,1 bal gücündə zəlzələ ilə bağlı açıqlama verib. Naci Görür sosial media hesabında paylaşım edərək, 6 fevral 2023-cü il zəlzələlərinə işarə edib.
"Əsrin fəlakəti" olaraq xarakterizə edilən 6 fevral 2023-cü il zəlzələlərindən sonra Kahramanmaraşda zəlzələlər ardı-arası kəsilmir. Bölgədə tez-tez baş verən zəlzələlər təşvişə səbəb olur.
Son olaraq bu səhər Kahramanmaraşda qorxulu bir zəlzələ daha baş verib. Fövqəladə Hallar və Təcili Vəziyyətlər İdarəsi (AFAD) Göksun rayonunda saat 10:12-də 4,1 bal gücündə zəlzələ olduğunu açıqlayıb. Zəlzələnin dərinliyi 10,83 kilometr olaraq qeydə alınıb.
Qeyd edək ki , 2023-cü il baş vermiş zəlzələ nəticəsində çox sayda insan həyatını itirib.
Fatimə Məmmədova