Dünya xəbərləri

Gürcüstanın məqsədi 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzvlükdür.

Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Irakli Kobaxidze hökumətin "Sülh, Ləyaqət və Rifahla Yalnız Avropaya Doğru" proqramını parlamentə təqdim edərkən bildirib. 

O qeyd edib ki, Avropa inteqrasiyası yolunda Gürcüstan ölkənin milli maraqlarına zidd olmayan bütün şərtləri qəbul etməyə hazırdır.

"Bizim məqsədimiz ölkəmizin maraqlarını ləyaqətlə qorumaq, o cümlədən Aİ-yə  üzvlük əldə etmək və ölkəmizin rifahını yaxşılaşdırmaqdır.  Önümüzdə təxminən altı il var. Məqsədimiz, artıq qeyd edildiyi kimi, 2030-cu ilə qədər Aİ- yə üzvlüyüdür",- deyə o  vurğulayıb. 

Onun sözlərinə görə, Aİ  Gürcüstanın iqtisadi inkişafını və əhalisinin rifahının yaxşılaşdırılmasının öz üçün dəyərli və əsas məsələlər olduğunu göstərməlidir.

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il