Ailə və uşaq

"Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"
Hüseyn Cavid

Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə gender bərabərliyinin təmin olunması və zorakılıq hallarının qarşısının alınması hər bir hüquqi dövlətin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasında da bu məsələlər həm milli qanunvericilik, həm də beynəlxalq hüquqi aktlar əsasında tənzimlənir. Qadınların hüquqlarının qorunması, zorakılıq hallarının qarşısının alınması üçün güclü hüquqi mexanizmlərin formalaşdırılması, onların icrası və ictimaiyyətin bu məsələdə maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan qadın hüquqlarının müdafiəsi və zorakılığın qarşısının alınması istiqamətində beynəlxalq və milli səviyyədə mühüm öhdəliklər götürmüş, bu sahədə ciddi addımlar atmışdır. “Gender bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar hüquqi bazanın təkmilləşdirilməsində əhəmiyyətli rol oynamışdır. Bu qanunlar gender bərabərliyinin təmin edilməsi və qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində dövlətin iradəsini əks etdirir.

Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə maarifləndirmə və müdafiə tədbirlərini genişləndirərək qadın hüquqlarının müdafiəsinə dəstək göstərir. Qadınların hüquqlarının qorunması və gender bərabərliyinin təşviqi üzrə müxtəlif dövlət proqramları həyata keçirilir.

Beynəlxalq öhdəliklərin yerinə yetirilməsi bu sahədə irəliləyişin açarıdır. İstanbul Konvensiyasına qoşulma kimi addımlar zorakılığın qarşısının alınmasında daha effektiv mexanizmlərin tətbiqinə imkan yarada bilər.

Qadın hüquqlarının müdafiəsi yalnız qanunların qəbulundan ibarət deyil. Bu, həm də onların səmərəli tətbiqi, maarifləndirmə və təhsil vasitəsilə cəmiyyətdə dərin dəyişikliklərə nail olmaq deməkdir. Məktəblərdə və universitetlərdə gender bərabərliyinə dair tədrisin genişləndirilməsi, kişilərin bu təşəbbüslərdə fəal iştirakı, zorakılığa qarşı ümumi mübarizə prosesini sürətləndirə bilər.

Qadın hüquqlarının qorunması yalnız qadınların deyil, bütövlükdə cəmiyyətin inkişafına xidmət edir. Cəmiyyətin rifahı, gender bərabərliyinə olan münasibətdən və qadınlara qarşı zorakılığın aradan qaldırılmasından birbaşa asılıdır. Bu məqsədə nail olmaq üçün hər bir fərdin bu prosesdə iştirak etməsi vacibdir.

Əsli Telmanqızı

Oxşar xəbər tapılmadı.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il