CROSSMEDIA - Analitik İnformasiya Portalı

Gündəm

21:33 22.08.2025

“Bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə “dəmir yumruğ”umuzu hər kəs görəcək”- Deputat

666

25 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev xalqa müraciət edərkən Kəlbəcər şəhərinin və rayonun kəndlərinin yenidən qurulacağını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev digər azad edilmiş ərazilərimiz kimi, Kəlbəcərə də çoxsaylı səfərləri zamanı yeni obyektlərin, yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində, açılışlarında iştirak etdi, görülən, həyata keçiriləcək işlərlə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Ölkə Prezidentinin işğaldan azad olunmuş ərazilərə hər səfəri regionun dirçəlməsi üçün vacib olan infrastruktur layihələrinin icrası ilə müşayiət edilir və kəlbəcərlilərin doğma yurdlarına qayıdışını günbəgün yaxınlaşdırdı. Nəhayət, həmin gün gəldi. 21 avqust tariximizə Kəlbəcər şəhərinin sakinlərinə qovuşduğu tarixi gün kimi yazıldı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunda çoxsaylı sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak etdilər, Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Görüşdəki çıxışında “Bu gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı” söyləyən Prezident İlham Əliyev bildirdi ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Crossmedia.az-a açıqlamasında bildirib.

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR