Bu gün səhər saatlarından başlayaraq "HTŞ" Əsəd rejiminə qarşı aktiv əməliyyatlara yenidən start verib.
Bu barədə Crossmedia.az Suriya müxalifətinin Hərbi Əməliyyatlar Komandanlığının məlumatına istinadən xəbər verir ki, müxalif döyüşçülər Arnaz və Kəfr hövzəsinə tam nəzarət edir və Hələbin qərbindəki Kəfr Nahada döyüşlərini davam etdirirlər.
Müxaliflər Səraqib istiqamətindən ikinci cəbhəni açaraq Cobas, Kafr Battik, Dadik kəndlərini nəzarətə götürüblər. M5 avtomobil yolu Səraqibin cənubundan kəsilməkdədir.
Qeyd edək ki, Saraqib Suriyanın şimal-qərbində, yerləşən strateji əhəmiyyətli şəhərdir. O iki böyük magistral yolun kəsişməsində yerləşir: Latakiyanı Hələblə birləşdirən M4 və Hələbi Dəməşqlə birləşdirən M5.
Son məlumatlara görə, Əsəd rejimi mənsubları M5 avtomobil yolu istiqamətindən qaçaraq geri çəkilirlər. "Tövhid" və "Cihad" hərəkatlarının "Özbək taboru" da hazırda Suriyada
gedən əməliyyatlara qoşulduğu bildirilir. Suriya rejim rəhbəri Bəşər Əsəd Vladimir Putinlə danışıqlar aparmaq üçün təcili olaraq Rusiyaya səfərə yollanıb.