Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətindədir.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə respublikanın Baş Nazirliyinə namizəd İrakli Kobaxidze bildirib.
"Avrointeqrasiya yolundakı bütün uğurlar rəhbərliyimizin şərtləri ilə əldə edildi. Bizim naliyyətimiz Avropa İttifaqına üzv olmaqdır. 2030-cu ilə qədər Aİ-yə üzv olmaq üçün iddialı bir hədəfimiz var",- deyib.