Dünya xəbərləri

Gürcüstan parlamenti hökumətin yeni tərkibini və qarşıdakı 4 illik fəaliyyət planını təsdiqləyib.

Crossmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, parlamentin sədri hökumətin tərkibini elan edib. Parlament Baş nazir vəzifəsinə İrakli Kobaxidzeni təsdiqləyib. Maka Boçorişvili xarici işlər, Anri Oxanişvili ədliyyə, David Sonqulaşvili ətraf mühit və kənd təsərrüfatı, Levan Davitaşvili iqtisadiyyat və davamlı inkişaf, Tinatin Ruxadze mədəniyyət və idman, İrakli Çikovani müdafiə, Laşa Xutsişvili maliyyə, İrakli Karseladze infrastruktur və regional inkişaf, Vaxtanq Qomelauri daxili işlər, Aleksndr Tsuladze təhsil, elm və gənclər, Mixail Sardjveladze işğal olunmuş ərazilərin məcburi köçkünlərin müəssisələri, səhiyyə və sosial müdafiə naziri vəzifələrinə, Teya Axvlediani isə barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifələrinə təsdiq olunublar.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az
            crossmedia.az@gmail.com

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il