Niderland uzaqmənzilli raketlərin hazırlanması üzrə Fransa və Almaniyanın təşəbbüsünə qoşulub.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Ruben Brekelmans məlumat verib.
“Rusiyanın təcavüzünü dayandırmaq üçün Avropa ölkələrinə uzaqmənzilli raketlər lazımdır. Bu səbəbdən Parisdə Niderlandın onların hazırlanması üzrə Fransa təşəbbüsündə iştirak etmək istədiyini elan edirəm”, – deyə o bildirib.
Qeyd edək ki, Fransa, Almaniya, İtaliya və Polşa bu yay düşmən mövqelərinə qarşı ağır zərbələr endirmək üçün atış məsəfəsi bir neçə yüz kilometr olan yerüstü bazalaşdırılmış qanadlı raketlər hazırlamaq layihəsini başladıb. Böyük Britaniya və İsveç sonradan bu plana qoşulublar.
Nəzrin Salmanova