Amerikalı professor Trampın İranın neft sənayesinə qarşı “maksimum təzyiq” kampaniyasını irəli sürəcəyini qeyd edib.
Crossmedia.az “Energy Press” saytına istinadən xəbər verir ki, Vilyam Kollecinin professoru Ceyms Mahon bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi dünyada çoxlarını şoka salıb. Onun sözlərinə görə, Tramp nəinki İrana qarşı tətbiq olunan əvvəlki sanksiyaları davam etdirmək, həm də onları gücləndirmək niyyətindədir. Professor bildirib ki, bu yaxınlarda Tramp administrasiyası İranın neft sektoruna təzyiqləri artıracaq.
“Fikrimcə, yeni administrasiyada İrana qarşı sanksiyaların gücləndirilməsi ehtimalı yüksəkdir. Trampın xarici siyasətlə bağlı addımları göstərir ki, o, əvvəlki mövqeyindən geri çəkilmək niyyətində deyil... “Maksimum təzyiq” siyasəti həyata keçiriləcək, ancaq bu təzyiqin miqdarı çox aydın deyil”, - deyə, professor qeyd edib.