İngiltərənin ən işlək 2-ci hava limanı olan "Gatwick"in Cənub Terminalında baqajda tapılan "şübhəli paket" səbəbilə ərazi tamamilə boşaldılıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, sərnişinlərə "dərhal tərk edin və uzaq durun" təlimatı verilib və hava limanına gedən qatar səfərləri təxirə salınıb.
Hadisə Londondakı ABŞ səfirliyində başqa bir şübhəli paketin bomba məhvetmə qruplarının cəhdi ilə zərərsiz hala gətirilməsindən qısa müddət sonra baş verib. İki hadisə arasında əlaqənin olub-olmadığı bilinmir.