Suriyada 4400 illik gil silindirlərdəki yazılar - dünyanın ən qədim əlifba nümunəsi tapılıb.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu yazıların e.ə 2400-cü ilə aid olduğu müəyyən edilib, bu da onları digər əlifbalardan 500 il daha qədim edir.
Həmçinin, arxeoloq Glenn Şvartz bu kəşfin yazı tarixini köklü şəkildə yenidən qiymətləndirməyə yol açacağını vurğulayıb.
Qeyd edək ki, Tell Umm-el Marra bölgəsində aparılan qazıntılar zamanı tapılan gil silindirlərlə yanaşı, altı skelett və müxtəlif qiymətli əşyalar da ortaya çıxıb. Silindirlərin üzərindəki yazıların mənası hələ tam olaraq müəyyən edilməsə də, mütəxəssislər bunların ehtimal ki, etiket funksiyası daşıdığını düşünürlər.
Bildirək ki, əvvəllər əlifbanın e.ə 1900- cü illərdə Misirdə ortaya çıxdığı düşünülürdü.
Nəzrin Salmanova