"Almaniya Rusiyanın dünənki Oreşnik raketi ilə zərbəsindən narahatdır".
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Almaniya Kansleri Oalf Şolts deyib. O bildirib ki, Berlin bunu eskalasiya istiqamətində daha bir məsuliyyətsiz addım kimi dəyərləndirir:
"Almaniya Ukraynaya dəstəyə davam edəcək, lakin bu savaşın NATO və Rusiya arasında savaşa keçməsinə imkan verməyəcək. Berlin Ukraynaya Taurus sistemlərini tədarük etməyəcək".