Dünya xəbərləri

Noyabrın 20-də Prezident Tokayevin Macarıstana rəsmi səfəri başa çatıb və bu, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm addım olub.

Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir Viktor Orbanla danışıqlar zamanı müxtəlif sektorlarda əməkdaşlığın inkişafına yönəlmiş əsas sazişlər imzalanıb. Prezident Tokayev vurğulayıb ki, son bir ildə Qazaxıstanla Macarıstan arasında ticarət dövriyyəsi 9% artıb və əsas məqsəd onu 1 milyard dollara çatdırmaqdır.

Qeyd edək ki, səfər zamanı tərəflər dəmir yolu, energetika və bank sektorunda əməkdaşlıq haqqında memorandumlar imzalayıblar. Asiya ilə Avropa arasında tranzit daşıma üçün yeni imkanlar yaradacaq Orta Dəhlizin inkişafı üzrə də saziş bağlanıb.

Gültac Mehdizadə 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il