Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Somalidə ballistik və kosmik raketləri sınaqdan keçirmək üçün kosmos bazası quracağı ilə bağlı müjdə verib. Somali hökuməti 6 milyard dollarlıq bu layihəyə razılıq verib.
Türkiyənin ballistik raket proqramı uzunmənzilli sınaqlar tələb edir, ona görə də baza böyük əhəmiyyət kəsb edir. Somalinin Afrika qitəsinin şərq ucunda yerləşməsinin Hind okeanına doğru çəkilişlər üçün ideal olduğu bilinir. Ölkə ekvatora yaxın yerləşdiyindən kosmodrom üçün də əlverişli hesab edilir. Ekvator yaxınlığında keçiriləcək sınaqlar da kosmik raketlərin uçuş məsafəsini və effektivliyini artırmağa kömək edəcək.
Layihə reallaşarsa, ənənəvi olaraq qlobal güclərin hakim olduğu kosmos yarışında Türkiyə 'mən də varım' deyəcək. Qazaxıstanda rusların istifadə etdiyi Baykonur bazası, NASA araşdırmalarının aparıldığı SPACE X və Floridadan sonra üçüncü variant olan Somali Türkiyəyə böyük üstünlük verəcək.