İsrail, Qəzzaya etdiyi hava hücumlarında "İslami Cihad" və "İzzəddin əl-Qəssam" briqadaları komandirlərini öldürdüyünü bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşı tərəfdən hələlik açıqlamaya münasibət bildirilməyib.
Qeyd edək ki, İsrail ordusundan verilən başqa bir açıqlamada 20 və 21 noyabr tarixlərində Qəzza zolağının şimalındakı Beyt Lahiyaya edilən hava hücumunda Həmas üzvlərinin öldürüldüyü bildirilib.
Həmas üzvlərindən ikisinin İzzəddin əl-Qəssam briqadaları komandirlərindən Yahya Kehlut və Muhammet Avkel olduğu iddia edilib.
Məsələ ilə bağlı "Həmas" hələlik heç bir açıqlama verməyib.
Fatimə Məmmədova