Çarpaz baxış

İkinci Qarabağ müharibəsindən dörd il keçməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Azərbaycan Respublikası, öz təhlükəsizliyi və suverenliyini bərpa etmək məqsədilə 10 noyabr 2023-cü ildə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Qarabağdakı erməni terrorçularından təmizlənməsini təmin etdi.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, üçtərəfli bəyənatdan əlavə, bölgədə geosiyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması, Türkiyə və Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də mübahisəli məsələ olaraq qalıb. Müharibədən sonra vaxtaşırı atəşkəsin pozulması hallarına da dəfələrlə rast gəlinib. Götürdüyü öhdəliklərdən boyun qaçıran Ermənistan niyə sülh müqaviləsini imzalamır? 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki: "Tərəflər sülh üçün razıdırlar sadəcə maraqlı qruplar imkan vermir. Rusiya, İran, Fransa, Amerika başda gəlir. Zəngəzur dəhlizi məsələsində tərəflər uzlaşa bilmirdi. Amma artıq bu amil müəyyən müddət gündəmdən götürülüb. Ermənistan Baş Naziri Nikol Paşinyan Bişkek sammitini səmərəli hesab emişdi. Orada iki tərəfin lideri sülhə daha yaxın addımlar atdı. Amma maneə fikrimcə iki tərəf deyil, digər qüvvələrdir. İran çox narahatdır. Sülh bağlanarsa, Ermənistan yeni ticarət tərəfdaşları əldə edəcək, bu isə İrana sərf eləmir. Amerikadakı erməni lobbisi təzyiqlər edir. Paşinyan hələki gözləyir. Amma alınmayası bir məsələ deyil!"

Ermənistanın sülhü pozan hərəkətləri, yalnız iki ölkə arasındakı münasibətləri gərginləşdirməkdə qalmır, eyni zamanda regionun sabitliyinə ciddi zərbə vurur. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması, Ermənistanın mübahisəli ərazi iddialarına son qoyması ilə mümkündür. Ermənistanın revanşist niyyətlərindən əl çəkməsi, yalnız sülhə və qarşılıqlı anlaşmaya yönəlik real addımlar atması ilə sülh müzakirələrinin irəliləməsi mümkün olacaqdır. Bu, Cənubi Qafqazın gələcəyinin təminatı üçün vacibdir.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il