Avropa yeni ordu yaradır? Polşadan diqqətçəkən təklif
Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynadakı münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin veteranlarının da qoşula biləcəyi “Avropa legionu”nun yaradılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Kathimerini bu barədə məlumat yayıb. Sikorskinin sözlərinə görə, Avropa İttifaqının daha sıx hərbi inteqrasiyaya ehtiyacı var.
Nazir “Avropa legionu”nun daimi silahlı qüvvə formatında yaradılmasını və buraya Avropanın müxtəlif ölkələrindən təcrübəli hərbçilərin, o cümlədən döyüş təcrübəsi olan ukraynalı veteranların cəlb edilməsini təklif edib.
“Biz həyətimizdə hər dəfə yanğın baş verəndə Vaşinqtona müraciət edə bilmərik. Bu, istər ənənəvi təhlükə, istərsə də Moskvanın Afrikadan və Yaxın Şərqdən miqrasiya axınlarından Aİ-yə qarşı vasitə kimi istifadə etməsi olsun”, – Sikorski bildirib.
Polşalı nazir həmçinin NATO çərçivəsində “Avropa masası”nın yaradılmasının vacibliyini vurğulayıb.
09:59 16.08.2026
Oxunuş sayı: 42