Pakistanın daxili işlər naziri İrana gedib
Pakistanın daxili işlər naziri Möhsin Rza Naqvi İran rəhbərliyi ilə görüşlər keçirmək üçün Tehrana səfər edib.
Crossmedia.az bu barədə İranın SNN˝ telekanalı xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Naqvinin İran rəsmiləri ilə ikitərəfli münasibətlər və regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf Pakistana səfər üçün dəvət alıblar.
Qeyd olunub ki, İran nümayəndələrinin İslamabada səfəri uyğun vaxtda həyata keçiriləcək.
19:03 11.08.2026
Oxunuş sayı: 41