27 yaşlı gənc Qobustanda qəza qurbanı oldu
Qobustan rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.
"Hunday" markalı avtomobilin idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində sürücü, 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
10:29 08.08.2026
Oxunuş sayı: 52